Dağıstanda uşaqların olduğu UAZ avtomobili uçuruma yuvarlanıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, altı yaşlı qız ölüb.
Xutrah kəndində üç uşaq maşının içərisində oyun qurublar. Onlardan biri əl əyləcinə toxunub, UAZ qayaların arasından yuvarlanıb.
Həmin an evdə oğlanlardan birinin atası olub. Onun altı yaşlı oğlunun qolu sınıb. Altı yaşlı qız yerindəcə keçinib, beş yaşlı qardaşı isə helikopterlə xəstəxanaya aparılıb.
Medianews.az