“Kreml dəfələrlə mesaj verib ki, vəziyyəti belə qoymayacaq, Cənubi Qafqaza başqa oyunçuların, o cümlədən Qərb dövlətlərinin girməsinə imkan verməyəcək. Rusiya xüsusən də ABŞ və Fransanın bölgəyə daxil olaraq sərhədlərdə yerləşməsinə çox dözümsüz yanaşır”.
Medianews.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu “Tv Musavat”ın canlı efirində Sevinc Telmanqızına müsahibəsində bildirib.
O qeyd edib ki, kənar xarici qüvvələrin regiona müdaxiləsinin qarşısının alınması üçün Moskvada ən ağılasığmaz ssenarilər müzakirə olunur.
Əməkdar jurnalistin sözlərinə görə, Rusiya hətta Ermənistanın tamamən işğalı məsələsini də nəzərdə tutur: “Kreml üçün Ermənistanın tamamən işğalı, yaxud da rusiyalı hərbçilərin Zəngəzuru zəbt etməsi məsələsi gündəmdədir. Bunun üçün Azərbaycanın razılığı, layihədə iştirakı tələb olunur. Lakin rəsmi Bakı bu təxribata getmir. Qərbdə belə bir ssenaridən xəbərdardırlar. Hələ Xankəndidə antiterror tədbirləri həyata keçirilməzdən öncə Rusiya Azərbaycanı belə bir təxribata çəkməyə, müharibəyə təhrik edib. Çünki Azərbaycanın iştirakı olmadan Rusiyanın Zəngəzurda hərbi əməliyyat keçirməsi mənasızdır”.
Daha ətraflı videomüsahibədə: