ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edərək bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya avadanlığı ötürür və nüvə sahəsində mümkün fövqəladə hallar hadisələrlə bağlı təlim keçir.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, müvafiq sənəd mayın 22-də yayılıb.
Sənədin mətnindən belə çıxır ki, Vaşinqton administrasiyası Ukraynada nüvə risklərini azaltmağa çalışır. Xrubi aydınlaşdırıb ki, bu, Ukraynanın nəzarətində qalan atom elektrik stansiyalarının təhlükəsiz istismarını təmin etmək məqsədi daşıyan lazımi avadanlıq, hazırlıq və texniki təlimatların Kiyevə verilməsi deməkdir.
Bundan əlavə, onun sözlərinə görə, müvafiq tədbirlər Ukraynanın kritik infrastrukturunun qorunmasına, ölkədə yaranan hər hansı nüvə fövqəladə vəziyyət barədə situasiya məlumatlılığının təmin edilməsinə, habelə fövqəladə vəziyyətə hazırlığın və Kiyevin nüvə sahəsində baş verən hadisələrə cavab vermək imkanlarının artırılmasına yönəlib.
Medianews.az