“Gəzintinin faydalı olması üçün hərəkət sürətini artırmalı, addımları və qət edilən məsafəni saymamalısınız”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu həkim GP Hana Patel deyib.
Patel qeyd edib ki, həkimlər daim insanları daha çox hərəkət etməyə, o cümlədən yeriməyə təşviq edirlər. Bununla belə, onun fikrincə, gündə düz 10 min addım atmaq lazım deyil. O, sürətli yeriməyi sağlamlığı yaxşılaşdırmaq üçün daha təsirli üsul adlandırıb.
“Cəmi 10 dəqiqəlik güclü gəzinti ölümcül xəstəliklərin inkişaf riskini 15 faiz azaldır”, – deyə həkim bildirib.
Digər ekspertlər də 10 min addımın faydasına şübhə ilə yanaşdılar.
Fizioloq Lindsay Bottoms, hətta dörd min addımın da sağlamlıq üçün faydalı olduğuna diqqət çəkib, lakin bu, hər yeni addımda faydaların artacağı anlamına gəlmir. Fiziki fəaliyyət və oturaq həyat tərzi sahəsində mütəxəssis Tom Yeyts aydınlıq gətirib ki, səkkiz min addımdan sonra yeriməyin müalicəvi təsiri dayanır. Onun yenidən böyüməyə başlaması üçün qaçış və ya üzgüçülük kimi daha intensiv idman növləri ilə məşğul olmaq lazımdır, deyə mütəxəssis məsləhət görüb.
Medianews.az