Daha bir Avropa ölkəsi Rusiya vətəndaşları üçün əlavə giriş məhdudiyyətləri tətbiq edir.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Norveç mayın 29-dan Rusiyadan gələn turistlərin ölkəyə girişini qadağan edəcək.
Norveçə turizm və digər “vacib olmayan məqsədlər üçün” gələn Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verilməyəcəyi bildirilir.
Norveçə ölkədə yaşayan qohumlarını ziyarət etmək, eləcə də işləmək və ya oxumaq üçün gedən ruslar üçün istisnalar edəcəklərini vəd edirlər.
Medianews.az