Kiyev və onun ətrafında 9 PUA məhv edilib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusu İran istehsalı olan 35-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum edib və onlardan 30-u havada zərərsizləşdirilib.
Rəsmilərin verdiyi məlumata görə, əvvəlki hücumlarda olduğu kimi, bu dəfə də PUA-lar Azov dənizinin şərq sahilindən buraxılıb.
Kiyev şəhərinin meri Vitali Kliçko səhər saatlarında paytaxtın bəzi yerlərində partlayış səslərinin eşidildiyini açıqlayıb.
Yerli mətbuatın verdiyi məlumata görə, kritik infrastrukturlar zədələnib, həmçinin Kiyev və onun ətrafında 9 PUA məhv edilib.
Ayşən Azadova
Mediabews.az