Türkiyəli məşhur aktrisa Çiçək Dilligil və musiqiçi Bora Öztoprakın 27 yaşlı oğlu Ardahan Öztoprak cinsiyyətini dəyişərək qadın olub.
Medianews.az xəbər verir ki, məşhur cütlüyün övladının bu addımı hər kəsi şoka salıb.
Adını “Ayda” olaraq dəyişən Öztoprak sosial media hesabında son görüntülərini paylaşıb.
Çiçək Dilligil və Bora Öztoprakın oğlu Ardahan Öztoprak 1997-ci ildə anadan olub və təhsil almaq üçün Amerikaya gedib. Uzun müddətdir Amerikada yaşayan Ardahan Öztoprak cinsiyyətini dəyişərək qadın kimliyinə keçib, adını isə “Ayda” qoyub.
Ardahanın anası Çiçək Dilligil açıqlamasında bunları deyib: “Ailə olaraq onun yanındayıq. Onun adı artıq Aydadır. Bu, şıltaqlıq və ya marjinal bir vəziyyət deyil”.
Ayda son halını instaqram hesabında paylaşıb. Onun sosial media hesabında yayımladığı fotoları təqdim edirik.
Medianews.az