Türkiyənin Antalya şəhərində qocalar evində dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, İzzettin Suğut adlı şəxs 2 nəfəri bıçaqlayaraq öldürüb, 1 nəfəri isə yaralayıb.
Üç nəfərə 60-dan çox bıçaq xəsarəti yetirən İzzettin Suğutun ilk ifadəsi hər kəsi şoka salıb.
“Davamlı olaraq məndən şikayət edirdilər. Mənim haqqımda qeybət edirdilər. Bütün günü haqqımda danışırdılar”,-deyə İzzettin Suğut ifadəsində bildirilib.
Hücum zamanı 73 yaşlı Səlcuq Göncegül və 63 yaşlı Əli Serdar Batır həyatını itirib. 74 yaşlı Əhməd Özdemirel isə yaralanıb.