İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqe bildirinlər arasında dünyaca məşhurlar da var.
Medianews.az xəbər verir ki, onlardan biri də Fələstin əsilli məşhur model Bella Hadiddir.
İsrailin Qəzzadakı törətdiyi hadisələrə sərt reaksiya verən Bella Hadid dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməyə çalışır. İsrailə qarşı sərt mövqe sərgiləyən Bella Hadid ölüm təhdidləri aldıqdan sonra karyerasını bitirmək qərarına gəlib.
“Karyeram dayansa belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam. İşimi itirməkdən qorxmuram və Fələstinlə bağlı səsimi ucaltmağa davam edəcəyəm. İsrail baş naziri Netanyahu yeni Hitlerdir”,-deyə Bella Hadid bildirib.
Fələstinə dəstək verdiyi üçün ölüm təhdidləri aldığını ifadə edən Hadid daha sonra bunları deyib: “Hər gün ölüm təhdidləri alıram. Telefon nömrəm hər kəsə yayılıb, ailəm təhlükədədir. Lakin bütün bunlara baxmayaraq susmayacam”.
Medianews.az