Türkiyəli məşhur müğənni Yıldız Tilbe İstanbul Polis İdarəsinə məxsus mülki avtomobilə çırpılıb.
Medianews.az xəbər verir ki, Y.Tilbe haqqında inzibati tədbir görülərkən sənətçinin qəza nəticəsində heç bir xəsarət almadığı açıqlanıb.
Müğənni dünə səhər saatlarında Sabiha Gökçen hava limanında İstanbul Polis İdarəsinə məxsus olan və bir polis məmurunun idarə etdiyi mülki avtomobili arxadan vurub. Y.Tilbeyə qarşı “ara məsafəsi” qaydasını pozduğu üçün inzibati tədbir görülüb.
Medianews.az