31 martda Türkiyədə keçirilən yerli seçkilərdə CHP-dən Çeşmə Bələdiyyə Başçısı seçilən Lal Dənizli “Alaçatı Ot Festivalı” üçün 15 milyon lirə xərcləyib.
Medianews.az xəbər verir ki, bələdiyyə sədrinin bu addımı ölkə mətbuatının gündəmini zəbt edib.
3 günlük festival üçün 15 milyon lirənin xərclənməsi sosial mediada da qısa zamanda geniş müzakirələrə yol açıb. Digər tərəfdən festivala qatılan məşhurlar da diqqət çəkib. Festivalda “Mor ve Ötesi” rok qrupu, Ayhan Sicimoğlu və Edis çıxış ediblər.