İstanbulda bir sərnişin onu avtobusa buraxmayan sürücünü başqa avtobusa minərək son dayanacağa qədər izləyib.
Medianews.az xəbər verir ki, D.C. adlı şəxs son dayancağa çatan kimi tapançası ilə avtobus sürücüsü Emircan Gülceni güllələyib.
Hadisə zamanı avtobus sürücüsü Emircan Gülce 3 yerindən yaralanıb. Hadisədən sonra sürücü xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Medianews.az