ABŞ-da dünyasını dəyişən sosial media fenomeni Yağmur Taktaşın ailəsinin istəyi ilə məzarı açılacaq və yenidən ekspertiza aparılacaq.
Medianews.az xəbər verir ki, Yağmur Taktaşının ailəsi qızlarını döyərək ölümünə səbəb olan A.C.F.-dən şikayətçi olublar..
Yağmur Taktaşın sevgilisi A.C.F.- Türkiyə əsilli rəssam və ABŞ vətəndaşıdır.
Televiziya yarışması ilə məşhurlaşan sosial media fenomeni Yağmur Taktaş aprelin 3-də ABŞ-da aparıldığı xəstəxanada vəfat edib. Taktaşın cəsədi aprelin 20-də gətirildiyi Adanada Kabasakal qəbiristanlığında dəfn edilib.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən vəkil Fethi Öksüz məzarın bazar ertəsi açılacağını və qətl şübhəsi üzərində dayandıqlarını bildirib.
Medianews.az