Dünyanın ən böyük sosial media platformalarından biri olan instagram, istifadəçilərə fərqli təcrübə təqdim etmək üçün özünü təkmilləşdirməyə çalışır. Xüsusilə TikTok ilə rəqabətindən sonra Reels xüsusiyyəti ilə yenilik edən instagram istifadəçilərini yenidən təəccübləndirəcək.
Medianews.az xarici mətbuata istinad edərək bildirir ki, sosial media platformalarındakı tətbiqlər gətirdikləri yeniləmələrlə bir-birilə rəqabətə davam edir. Xüsusilə də yenilikləri ilə istifadəçilərinə ikinci tiktok təcrübəsi təqdim edən instagram geniş kütləyə xitab edir. İkili funksiyası ilə həm instagram, həm də Facebook-da eyni vaxtda paylaşım təklif edən bu platforma məzmun etibarı ilə daha çox insana çatmağı hədəfləyir.
İnstagramın son addımı “BeReal” mərkəzli idi. Son zamanlar çox məşhur olan “reel” istifadəçilərə bildiriş göndərərək snapshot çəkməyə imkan verir. İstifadəçilər arxa və ön kameralardan istifadə edərək 2 dəqiqə ərzində çəkdikləri foto ilə gündəlik həyatlarından paylaşımlar edirlər. Bu sosiallığın təsiri ilə instagram eyni infrastrukturu “IG Candid Challenges” adı altında sınaqdan keçirməyə başladı. Bu şəkildə ətrafınızdakı insanların nə etdiklərini görə biləcəksiniz. 2 dəqiqəyə qədər BeReal -dan ilhamlanan platforma tezliklə bu funksiyanı istifadəçiyə təqdim edəcək.
Medianews.az