ABŞ-da içərisində 243 sərnişin və 12 zabitin olduğu qatar yük maşını ilə toqquşub. Rəsmilər bildiriblər ki, toqquşma nəticəsində qatarda olan 2 lokomotiv və 8 sərnişin vaqonu relsdən çıxıb.
Medianews.az xəbər verir ki, Missuri Ştat Yol Polisi qəza nəticəsində 3 nəfərin öldüyünü bildirib. ABŞ Milli Dəmiryol Şirkəti (Amtrak) isə hadisə zamanı ölənlərlə yanaşı, yaralananların da olduğunu açıqlayarkən, yaralananların sayı barədə məlumat verməyib.
Məlumata görə, qəza keçiddə yük maşınının qatarın keçməsinə mane olması səbəbindən baş verib.
Leyla, Medianews.az