Avstraliya parlamentində indiyənədək yaşanmamış bir hadisə baç verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, deputat Larissa Voters parlamentə 2 aylıq körpəsi ilə gəlib. Səsvermə zamanı Votersin qızını əmizdirməsi ölkə tarıxındə bir ilk olub.
Qeyd edək ki, Təmsilçilər Məclisində 2016-cı ildə qəbul edilən yeni qərarla parlamentdə uşaq əmizdirməyə icazə verilib. Lakin indiyənədək heç bir deputat qadın bu icazədən istifadə etməyib.
İngiltərədə isə 2003-cü ildən parlamentdə uşaq əmizdirməyə icazə var.