Dünya şöhrətli müğənni Madonnanın 16 yaşlı oğlu Rikko Ritçi narkotik maddə gəzdirdiyi üçün tutulub və daha sonra sərbəst buraxılıb.
Musavat.com-un məlumatına görə, gənc oğlan qonşuların polisə şikayətindən sonra saxlanılıb. Polislər Rikko Ritçinin atasının Londondakı evinə gələn zaman o, evin yanında marexuana çəkirmiş. Polisləri görən gənc əlindəki marexuananı kənara tullayıb. Polislər gəncin üstünü axtaran zaman narkotik tapıblar.
Polis idarəsinə aparılan gənc girov pul qarşılığında sərbəst qalıb.