Türk televiziya tarixinin ən uzunmüddətli seriallarından olan “Kurtlar Vadisi Pusu”nun növbəti mövsüm hansı kanalda yayımlanacağı bəlli olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilk dəfə Show TV ekranlarında yayıma başlayan layihə sonraki illərdə Kanal D, ATV, Star TV, TNT kanallarda nümayiş olunub, daha sonra yenidən Kanal D-yə dönüb.
Bu mövsüm heç bir seriala uduzmayan “Kurtlar Vadisi” növbəti mövsümdə də Kanal D-də yayımlanacaq. Reytinq rekordçusu olan ekran işi telekanalın yeganə uğurlu layihəsi sayılır.