Sabah ermənilərin rəsmi ağlaşma günüdür. Ancaq budəfəki 24 aprel əvvəlkilərə bənzəməz. Budəfəki apreldə ermənilər məzlum toplum qismində, “türklərin nahaq yerə qırıb-çatdığı əzabkeş xalq” kimi deyil, 4 günlük müharibə nəticəsində dünyanın gözündə daha çox işğalçı kimi tanındılar. İşğalçı isə məzlum sayılmaz, işğalçıya işğalçı münasibəti olmalıdır – hər yerdə.
Erməniləri bu aprel ən çox məyus edən, təlaşlandıran da ilk dəfə olaraq dünyanın onlara Qarabağ məsələsində dəstək verməməsi, “Azərbaycanın təcavüzü” haqda köhnə nağılları qulaqardı etməsi oldu. Hətta Rusiya da təcavüzkara qahmar çıxmadı.
Təbii ki, bu, ilk növbədə erməni təbliğat maşınının fiaskosudur. Bunun ardınca əlbəttə ki, “genosid nağılları” əvvəlki qədər dünya üçün cəzbedici, effektli, maraqlı ola bilməz, olmayacaq. Bu il belə bir mövzu, ümumiyyətlə, dünyanın gündəmində yox kimidir.
Ermənilər isə hələ də ümid edirlər ki, prezident Barak Obama heç olmasa, 2016-da “genosid” deyəcək. Amma artıq bəllidir ki, bunu deməyəcək. Prezidentliyinin 7 il yarımında erməni “dudkası”na getməyən Obama axırıncı aylarında belə bir xətaya yol verərmi? Əlbəttə ki, istisnadır. Hər halda, Obamanın daha Amerikanın erməni seçicilərinə ehtiyacı qalmayıb…
Bəllidir ki, Ermənistan, beynəlxalq erməni lobbisi saxta soyqırım iddialarından təkcə Türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşı – ərazilərimizin, Dağlıq Qarabağın işğalına haqq qazandırmaq üçün təbliğat planında istifadə edir. Demək, Azərbaycan Ordusu 2-5 apreldə işğalçıya layiqli cəza, ağrılı qulaqburması verib onun təbliğat dişlərindən bir neçəsini sındırmaqla, dünyaya Ermənistanı cəzaya layiq ölkə kimi təqdim eləməklə yüzdə yüz Türkiyəmizin də maraqlarına xidmət göstərib.
Qarabağ məsələsində qardaş ölkənin daima Azərbaycanın yanında olmasını şərtləndirən bir motiv də zatən, budur. Ortaq düşmən, ortaq maraqlar doğurur. “İki dövlət – bir düşmən” – necə deyərlər…
Yəqin ki, aprelin 24-də ermənilər yenə nəsə eləməyə çalışacaq, bizə, ya da Türkiyəyə növbəti dəfə dil uzadacaqlar. Amma bu dəfə yəqin ki, daha qorxaq, daha ürkək şəkildə. Çünki artıq fərqindədirlər ki, həmin dil günün birində kökündən kəsilə bilər.
Təəssüf ki, aldığı dərslər xain qonşularımızı ağıllandırmır. Yenə Rusiyaya güvənib, Rusiyanın arxasında dayanıb Azərbaycana, Türkiyəyə yumruq silkələyirlər – iki əsas qonşu haqda barışıq haqda düşünmək əvəzinə. Bunu da yalnız həyasız erməni edə bilər ki, həm Rusiyanı söyür, həm də ondan mədət umur, yeni silah-sursat istəyirlər.
Rusiya isə 200 il öncəki kimi, yenə ermənidən maşa qismində yararlanmaq fikrindədir. Odur ki, Türkiyə və Azərbaycanın ən qorxulu ortaq düşməni əslində Ermənistan yox, “ilana zəhər verən kərtənkələ” – Rusiyadır.
Türkiyə erməniləri bütün rus-türk müharibələrində yaşadıqları dövlətin deyil, Rusiyanın xeyrinə casusluq edib, türk ordusu haqda qarşı tərəfə məlumatlar ötürüb, əldə silah rus ordusunda türklərə qarşı vuruşublar. Amma Türkiyə bunun əvəzində onların başlarını tumarlanmalı imiş, heç olmasa, başqa ərazilərə köçürməməli imiş.
XX əsrin sonu Qarabağda, Xocalıda törədilən qətliamlar, bəşəriyyət əleyhinə digər cinayətlər və soyqırım göstərdi ki, ermənilər gerçəkdən də başı tumarlanmağa yox, məhz başı əzilməyə layiqdir. Ta ağıllanana kimi…