Medianews.az
Dənizin dibindən sərvət tapıldı -Foto
391 baxış

Dənizin dibindən sərvət tapıldı -Foto

003(4) İngiltərənin araşdırma şirkəti 1942-ci ildən bəri dənizin dibində yatan sərvəti tapıb. Medianews.az-ın məlumatına görə, “SS City of Cairo” adlı gəmi 6 noyabrda Bombeydən dənizə çıxandan qısa müddət sonra batırılıb. Gəmidə isə müharibəyə yardım üçün İngiltərənin istədiyi yüz minlərlə gümüş hind rupisi olub. Okeana çıxan buxarlı gəmini alman gəmisi 10 dəqiqədə batırıb. Axtarışlara baxmayaraq, batan gəmini 2011-ci ilə qədər tapa bilməmişdilər. İngilis araşdırmaçı Çon Kinqsford araşdırma apararkən gəmini tapıb. Axtarış işlərini daha sonra okean araşdırma şırkəti öz üzərinə götürüb. İngiltərə hökuməti ilə razılaşan araşdırma şirkəti həftələrlə ərazidə işlər aparıb. Araşdırma şirkətindən bildirilib ki, gəmi dənizin 5100 metr dərinliyində yatır. Tapıntıların isə “SS City of Cairo” gəmisinə aid olduğu bir müddət sonra dəqiqləşib. http://s020.radikal.ru/i723/1504/ec/e0847ffecbb3.jpg http://s018.radikal.ru/i527/1504/18/92bae48d5e66.jpg http://s57.radikal.ru/i156/1504/0a/f40d03329912.jpg

Bizə qoşulun