Medianews.az
"Azərbaycan müstəqil media azadlığını pozan ölkələr sırasında tək də deyil” - David Lidinqton
243 baxış

"Azərbaycan müstəqil media azadlığını pozan ölkələr sırasında tək də deyil” - David Lidinqton

Britain warns Spain over Gilbraltar incursions
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidinqton da öz bloqunda “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsinə toxunub: “Ötən ay Azərbaycana getdim. Bu ölkədə ifadə və media azadlığına təhdidlər qalır. Elə ötən cümə günü daha bir jurnalist saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Xədicə İsmayılın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır. Bu, tez-tez həbs cəzaları ilə bitir. Ancaq Azərbaycan müstəqil media azadlığını pozan ölkələr sırasında tək də deyil”.
Xəbəri “Azadlıq” radiosu yayıb.
Dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.

Bizə qoşulun