Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib. Hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib. Belə ki, “Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.
Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi.
Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən təsdiqlənib.(anspress.com)
