Medianews.az
Tanınmış jurnalist: “Seks həyatımın mərkəzində durur” - FOTOLAR
1,716 baxış

Tanınmış jurnalist: “Seks həyatımın mərkəzində durur” - FOTOLAR

omur__19__fb681c38ea2dbe76f9435ddfb263fa68

Müğənni, jurnalist, kinotənqidçi Ömür Gedik bu günlərdə Türkiyənin “Hürriyet” qəzetinə müsahibə verib. Gedik məşhur türk müğənni Fərhad Göçərin sevgilisidir və gündəmə tez-tez bu münasibəti ilə düşür.

Ailəm.az-a istinadən Ömür Gedikin müsahibəsini ixtisarla təqdim edirik:

“Seks həyatımın mərkəzində durur”

- Müsahibə almaq, kinotənqidçi olmaq, heyvan haqlarını qorumaq və musiqi. Niyə bir sahədə qərar tutmursunuz?

- Bunların hamısını çox sevirəm. Sevdiyim şeyləri də edəndə xoşbəxt oluram.

- Məqsədiniz xoşbəxtlik və işləməkdirsə, seksual pozalar verməyin səbəbi nədir?

- Həyatla oyun oynamağı sevirəm!

- Özünüzü çox bəyənirsiniz?

- Bəli. Güzgüyə çox baxıram. Sarışın olmağı da sevirəm.

 - Deyirlər, sarışınlar axmaqdır...

- Belə olmadığına dair də çoxlu sübutlar var...

- Bəs müsahibə alanda açıq-saçıq geyinməyinizin səbəbi nədir?

- İndi artıq normal geyinirəm. Müsahibə almağa başlayanda strategiya müəyyən etdik və çox müzakirə olunsun deyə, buna əl atdıq. Oxucu səhifədə daha çox qalsın istədim.omur__1__5d087a91966769c60793793e8723d045

- Seksual şəkillərinizdən sonra belə bir sual yaranır, seks həyatınızda hansı yeri tutur?

- Seks insan həyatında vacib bir yeri tutur. Mənim də həyatımı formalaşdırır. Həyatımın mərkəzində dayanır. “Kişilər gün ərzində seks barədə çox düşünürlər” deyirlər, əslində, qadınlar da fərqli deyil.

- Fərhad Göçərlə ayrılığınız davam edir?

- Yox, birlikdəyik. O ayrılıq adi bir səbəbdən olmuşdu. Evdən əşyalarımı götürməyə gedəndə qucaqlaşdıq, elə də qaldıq. Yəni ayrılığımız iki gün çəkdi.

“Fərhaddan artıq evlənmə təklifi gözləmirəm”

- Yeddi ildir birlikdəsiniz. Niyə hələ də evlənməmisiniz?

- Evlənmə təklifi etməyib. Əvvəllərdə gözləyir və istəyirdim. Artıq gözləmirəm. Evliliyə başımı qatmaq istəmirəm. Fərhadın keçmişdə yaşadığı travmalar yaxşılaşanda bəlkə evlənə bilərik.

- Evlənsəniz heyvan sığınacağında toy edərdiniz yəqin?

- Bəli. Böyük oteldə toy etməzdim. Heyvanların həyatına diqqət çəkmək üçün sığınacaqda evlənərdim.

- Fərhad bəyin qızının “Məndən çox Ömür Gediyin uşağı ilə maraqlanır” deyib məhkəməyə üz tutduğu düzdür?

- Bu, şikayət ərizəsi idi. Fərhad da sənədləri apardı, qərar çıxarıldı. Mənim qızımın isə onu çox sevən və maraqlanan atası var. Düzdür, Fərhad da onu çox sevir.

omur__21__94c3cfe1f8cb7e80d849f31b05594529

- Fərhad bəyin qızı ilə aranız necədir?

- Yaxşı və şirin qızdır. Şikayət ərizəsi anlaşılmazlıq idi.

- Niyə hələ də keçmiş ərinizin soyadını daşıyırsınız?

- Qızımla eyni soyadda qalmaq istəyirəm.

- Bəs Göçərlə evlənsəniz?

Ölənə qədər Gedik soyadında qalmaq istəyirəm. İnsanın uşağı ilə eyni soyadı bölüşməyi gözəldir.

- Fərhad bəydən uşaq istəmirsiniz?

- Xeyr, istəmirəm.

http://s020.radikal.ru/i721/1407/ea/b71a4e9bdb2c.jpg http://s020.radikal.ru/i723/1407/63/5f9a387c65fb.jpg http://s020.radikal.ru/i713/1407/cd/e098d70e2cc7.jpg http://s48.radikal.ru/i119/1407/84/3bab4a6618cf.jpg http://s57.radikal.ru/i156/1407/05/971c5c48b667.jpg http://s020.radikal.ru/i722/1407/db/4e685e047535.jpg http://s020.radikal.ru/i712/1407/ef/9717669d8f0f.jpg http://s020.radikal.ru/i701/1407/7b/6615253eb81e.jpg http://i031.radikal.ru/1407/38/2914ccc37489.jpg http://s020.radikal.ru/i719/1407/4c/492289423ea1.jpg http://i062.radikal.ru/1407/24/3eb7f8abcfc3.jpg http://i018.radikal.ru/1407/b7/0d9b5aac76cb.jpg http://s019.radikal.ru/i638/1407/14/90da7bd513ac.jpg

Bizə qoşulun