Medianews.az
26 İyun 2014
308 baxış

26 İyun 2014

QOÇ -( Mart 21 – Aprel 20 )
Bayram günü olsa da, üzərinizə düşən vəzifələrin çoxluğu başınızı bərk qatacaq. Amma uğurlu nəticənin olacağını düşünüb hər şeyə dözməlisiniz. Təşəbbüskarlığı əldən verməyin.
BUĞA -buga(Aprel 21 – May 20)
Bütün çətin məqamlarda özünüzə güvənin. Kənardan kiminsə dəstək verəcəyinə ümid bəsləməyin. Belə olarsa, ulduzlar gün ərzində sizi bir neçə dəfə sevindirəcək.
ƏKİZLƏR –(May 21- İyun 21) 
Bürcünüzdəki planetar passivlik görəcəyiniz işlərdə kompleks lənglik əmələ gətirəcək. Odur ki, qarşınızda duran vəzifələrin bir qismini ixtisara salın. Bu gün əsasən qazanmaq üçün düşərlidir.
XƏRÇƏNG --(İyun 22 – İyul 22)
Ordu bayramının mənəvi zövqünü yaşamağa çalışın. Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdə əsas vaxtı fəaliyyət prinsiplərinə həsr etməyi məsləhət görür.
ŞİR - (İyul 23 – Avqust 23)
Saat 13-ə qədər müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Özünüzü ələ alın. Dedi-qoduya əhəmiyyət verməyin. Sonrakı müddətdə məhəbbət ümmanına düşəcəksiniz. Özünənəzarəti gücləndirin.
QIZ - (Avqust 24 – Sentyabr 23)
Maddi problemlərin çoxluğu bəzi qlobal planlarınızın reallaşması üçün əngəllər törədə bilər. Bu səbəbdən də özünüzü arzuolunmaz situasiyalara sürükləməyin. Sevindirici xəbərlər gözlənilir.
TƏRƏZİ -terezi(Sentyabr 24 – Oktyabr 23)
Şəxsi büdcənizi artırmaq üçün yaxşı vaxtdır. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Daxili narahatçılığınızı dəf etmək üçün mütləq ziyarətgahlara baş çəkin.
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Ünsiyyətdə olduğunuz bir neçə şəxslə aranızda konfliktlər yarana bilər. Özünüzü səbrli göstərin. Pul problemlərinizi gərəksiz yerdə qabartmayın. Riskə ehtiyac yoxdur.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Təzə və ürəyinizdən olan xəbərlər yolunuzu gözləyir. Yeni əməkdaşlığa başlamaq üçün də uğurlu vaxtdır. Büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərdən imtina edin.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
O qədər gözəl ərəfədir ki, hətta pul kisənizin boşluğu da ovqatınızı aşağı salmayacaq. Gileylənmək, kiminsə arxasınca danışmaq sizə günah yaza bilər. Nikbin və gözütox olun.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
Qarşılıqlı münasibətlərdə yeni çalarlar yaratmaq üçün canfəşanlıq göstərin. Əməkdaşlıq zəminində də uğurlarınız mümkündür. Ölçülü-biçili hərəkət etsəniz, qazana da bilərsiniz.
BALIQLAR - (Fevral 20 – Mart 20)
Bu bayram gününü gərgin şəraitdə başa vuracağınız güman olunur. Amma aktivliyiniz nəzərə çarpacaq. Son vaxtlar yaşamağınızın fərqinə nə üçün varmırsınız? Axı vahid bir İdarəedici var...

Bizə qoşulun