Medianews.az
Türkiyədə güclü zəlzələ (VİDEO)
618 baxış

Türkiyədə güclü zəlzələ (VİDEO)

zelzele Türkiyədə güclü zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, yerli vaxtla 12:25-də (Bakı vaxtı ilə 14:25) meydana gələn zəlzələ Türkiyənin qərbindəki bir çox şəhərdə hiss olunub. Amerika Geoloji Araşdırma Mərkəzinin məlumatına görə, yeraltı təkanlar 7,2 bal gücündə olub. Zəlzələ İstanbulda daha aydın hiss olunub. Təkanlar Boludan Ədirnəyə, İstanbuldan İzmirə, Çanakqaladan Eskişehirə qədər geniş sahədə hiss edilib. Təkanlar İzmir, Çanaqqala, Kocaeli, Balıkesir, Manisa və Antaliyada da böyük qorxu yaradıb.

Bizə qoşulun