Medianews.az
Ərdoğan Quran oxudu - VİDEO
274 baxış

Ərdoğan Quran oxudu - VİDEO

erdogan kitab "Mavi Marmara" basqınında yaralananlardan daha biri ölüb. ANS PRESS-in məlumatına görə, Fələstinə humanitar yardım aparan gəmiyə hücum zamanı yaralanan Uğur Süleyman Söylemez 4 il komada qalıb. O ötən gün axşam saatlarında keçinib. "Mavi Marmara"nın 10-cu şəhidinin evində keçirilən yas mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ərdoğan Söylemezin Ankaradakı evində Quran oxuyub. "Bəqərə" surasının ilk ayələrini oxuyan baş nazir mərhumun ruhu üçün ərəb və türk dilində dualar da oxuyub. Qeyd edək ki, Qəzzaya humanitar yardım aparan gəmiyə İsrailin hücumu 2010-cu ildə olmuşdu. Basqın nəticəsində 9 nəfər həlak olmuşdu.

Bizə qoşulun