Bu videolent Azərbaycanda çəkilib. Paytaxtdamı, rayondamı – bilinmir. Adam kimdir, nəçidir – məlum deyil.
Məlum olan odur ki, o zina edib. Ərli qadınla… ya intim münasibətdə olub, ya da tamahsılanıb, təklif edib – bu da səhihliyi ilə bilinmir.
Hər halda, adam ələ keçib və günü budur. Onu xeyli döyüblər, tam sındırıblar, paltarlarını son sapına qədər çıxarıblar.
Sap demişkən, adama qədim dövrlərdəki kimi, bu cür hallarda edilən hərəkəti ediblərmi, etməyiblərmi, kadrlarda görünmür, amma o artıq öz namusunu qoruyacaq halda deyil.
Prinsipcə, əgər ortada bir xəyanət, yasaq eşq söhbəti vardısa və o, qısqanc ər tərəfindən yaxalanıbsa, qisas daha ağır olmalıydı.
Yox, ortada ciddi bir şey yoxdursa, adamı bu hala qoymağın özü ağır cnayətdir.
Bu görüntüləri yayanlar, şübhəsiz ki, zinakara işgəncə verənlərin özləri olub.
Onlar öldürməyib sağ buraxdıqları adamdan bu cür qisas alırlar. Onu biabır etməklə.
Görünür, bu adam şikayətçi olmayıb və canını qurtardığına sevinir.
Ancaq ona da şübhə yoxdur ki, srağagün itə əzab verildiyinə görə axtarışa başlayan polislər bu epizoda görə də arama-sorma işi aparmalıdır.
Bu xüsusda fikirlər çox haçalanacaq. Heç kəs lüt soyundurulmuş, yerlərdə sürünən, ağzının üstündən təpik tutuzdurulan bu oğlanın etdiyinə haqq qazandırmayacaq.
Amma ona edilənə də haqq qazandırmaq mümkün deyil. Hərçənd “ona bu da azdır” deyənlər çox olacaq.
Musavat.com