Vurulduğu yerdən 10 metr sürünüb gəlib...
Masallıda baş vermiş dəhşətli cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə qisas zəminində törədilib. Xırmandalı kənd sakini, 16 yaşlı Nərminə Ağasəf qızı Şıxıyevanı bir müddət əvvəl rayonun Ərəb kəndində yaşayan xalasının oğlu qaçırıb.
Onların yerini bilən Nərminənin digər xalası Hüsniyyə Vəliyeva bu barədə polisə məlumat verib və Nərminəni qaçıran oğlan yaxalanıb. Bundan qəzəblənən Nərminə yaxın qohumlarından qisas almaq məqsədilə onların evinə gedib. Həmin vaxt ailə torpaq sahəsində çalışırmış. Nərminə xalası ilə söhbət etdikdən sonra 9 yaşlı Həsəni götürərək çay kənarına aparıb və burada uşağa bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Həsənin anası Hüsniyyə Vəliyeva hadisəni belə danışıb:
“Yoldaşım dedi ki, arxasınca get, uşağa xəta yetirər. Dedim heç nə etməz, əlində nə varki? Dedi ki, düş uşağın arxasınca. O, elə-belə gəlməyib. Gəldim gördüm ki, uşağı o vəziyyətə qoyub. Gəlin qışqıra-qışqıra mənə tərəf gəlirdi. Dedi Mahirin uşağı al-qanın içindədir. Gəldim gördüm uşaq al-qanın içindədir. Vurulduğu yerdən 10 metr sürünüb gəlib, yolun üstündə oturub”.
Uşağın öldüyünü zənn edən Nərminə onu kanala atıb. 4 aylıq hamilə olan Nərminə Şıxıyeva törətdiyi əməli mobil telefonunun yaddaşına köçürüb.
Nərminəni qaçıran xalası oğlunun isə azyaşlı qızı qaçırdığı üçün həbsdə olduğu bildirilir.
02.05.2014, 16:10
1,084
baxış
TURAN
16 yaşlı qız 9 yaşlı uşağı bıçaqlayıb telefona çəkdi – VİDEO