Medianews.az
30 Aprel 2014
232 baxış

30 Aprel 2014

QOÇ -( Mart 21 – Aprel 20 )
Günün birinci yarısında mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Odur ki, hər xırda məsələyə ciddi reaksiya verməyin. Nahardan sonra maraqlı görüşləriniz gözlənilir.
BUĞA - (Aprel 21 – May 20)
Qərarlarınızda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Mənfi enerjili Ayın bürcünüzdə olmasını da unutmayın. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.
ƏKİZLƏR -(May 21- İyun 21) 
Olduqca əlverişli gündür. Yeni və perspektivli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.
XƏRÇƏNG --(İyun 22 – İyul 22)
Ümumi məziyyətlərinə görə gərgin gün hesab etmək olar. Bu səbəbdən də bütün enerjinizi təmkinli olmağa yönəltməlisiniz. Əsəbinizlə oynayan adamlarla üz-üzə gəlməməyə çalışın.
ŞİR - (İyul 23 – Avqust 23)
Sevgi münasibətlərində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.
QIZ - (Avqust 24 – Sentyabr 23)
Fəaliyyət sahəsində uğurlara yaxınlaşdığınızı bəyan edən Göy qübbəsi aktivliyinizi artırmağı məsləhət görür. Ailə-sevgi və digər münasibətlərdə də vəziyyət xeyrinizə olacaq.
TƏRƏZİ -(Sentyabr 24 – Oktyabr 23)
Ulduzlar əsas vaxtınızı maliyyə istiqamətində xərcləməyinizi məsləhət görür. Hər hansı əyləncə və ya səfərlər uğurdan xəbər vermir. Bu şansdan yararlansanız, büdcəniz artacaq.
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Ümumi sıxıntılarınız qlobal planlarınızın gerçəkləşməsinə mane olur. Yaxşı şeylər düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Bəri başdan sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
Bir qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
İşinizlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.
BALIQLAR - (Fevral 20 – Mart 20)
Saat 15-ə qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizədir.

Bizə qoşulun