Hollivudun tanınmış cangüdənlərindən olan Uilyam Kaslberi qalmaqallı açıqlama verib.
Xarici mətbuat yazır ki, 56 yaşlı mühafizəçi məşhur aktrisa, müğənni və seks-simvol Merilin Monronun keçmiş ABŞ prezidenti Con Kennedi və qardaşı Robertlə qrup-seks videosunu satışa çıxaracağını bildirib: “Görüntülər tamamilə realdır. Bir müddətdir məndə idi, amma Monronun keçmiş əri Co Dimaccioya hörmət etdiyim üçün onları gizlədirdim. Lakin bu həftənin çərşənbə axşamı günü videoları satışa çıxaracağam”.
Qeyd edək ki, Merilin Monronun Kennedi qardaşları ilə münasibətdə olduğu və sonradan baş verənlərin gizliliyini təmin etmək üçün onlar tərəfindən öldürüldüyü iddia edilir.
axsam.az