Los-Ancelesdə 56-cı “Grammy-2014” mükafatlandırma mərasimi keçirilib
Los-Ancelesdə 56-cı “Grammy-2014” mükafatlandırma mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, gecənin açılışını dünya şöhrətli Beyons və həyat yoldaşı Cey Z “Drunk in Love” mahnısı ilə ediblər. Cütlüyün çıxışı hər kəs tərəfindən bəyənilib. Gecə üçün ciddi hazırlıqlar görən Beyons və Cey Z şoularının daha uzun müddət gündəmdə olacağını vurğulayıblar.
Qaliblərin adları isə gecə başlamazdan əvvəl məlum idi. Tədbirdə 78 nominasiya üzrə müğənnilər təltif edilib.
Tədbirin aparıcılığını artıq 3-cü ildir ki, rep ifaçısı El El Kul Cey aparır. Möhtəşəm gecəni nümayiş etməkdə reperə müğənnilər Mark Entoni, Zak Braun, Qloriya Estefan, Alişa Kis, Ariana Qrande, Ceymi Foks, Anna Kendrik, Bruno Mars, Stiven Tayler və digərləri kömək ediblər.
Qeyd edək ki, “Qremmi” mükafatı 1958-ci ildə təsis olunub. 2013-cü ilin hit mahnısı “Daft Punk” adlı fransız müğənnilərin ifasında Get Lucky mahnısı seçilib. Onlar “İlin səsyazması” mükafatına laiq görülüblər. “İlin albomu”: Daft Punk – “Random Access Memories”, “İlin mahnısı” Lorde – “Royals”, “Ən yaxşı R&B albom” Alişa Kis – “Girl on Fire” seçilib.
Beyons və Jey Z-in möhtəşəm şousunu və gecədən ən yadda qalan anları sizə təqdim edirik.
http://youtu.be/5uitxAGH30s
http://s09.radikal.ru/i182/1402/9d/b3a88813d1ae.jpg
http://i024.radikal.ru/1402/43/6380bb3f091b.jpg
http://i017.radikal.ru/1402/59/5b2e86468963.jpg
http://s020.radikal.ru/i721/1402/42/fe4607ae0aaf.jpg
http://i058.radikal.ru/1402/8c/2047392a95a8.jpg
http://s019.radikal.ru/i639/1402/8d/d91d85159323.jpg