
Türkiyədə Taksim olaylarında ölən digər nümayişçi ilə bağlı maraqlı iddia səslənib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, haradan atıldığı məlum olmayan atəşlə qətlə yetirildiyi deyilən 22 yaşlı Abdulla Comərtin əslində başından aldığı zərbələrdən sonra öldüyü iddia edilib.
CHP millət vəkili Hasan Akgül ekskumasiya işlərinin tamamlandığını və gəncin ölümünə arxadan və öndən başına dəyən zərbələr nəticəsində öldüyünün sübuta yetirildiyini bildirib. Millət vəkili gəncin vücudunda hər hansı güllə izinin də aşkarlanmadığını əlavə edib.
Qeyd edək ki, Abdulla Comertin ölümündən əvvəl sosial mediada paylaşdığı mesaj ortaya çıxıb. Mesajda bir neçə gün yatmadığını deyən Comert yorulduğunu bildirmişdi: “Üç gündə sadəcə 5 saat yatdım. Saysız-hesabsız bibər qazı yedim, 3 dəfə ölüm təhlükəsindən döndüm. Və insanlar nə deyir, bilirsiniz? “Fikir vermə, ölkəni sənmi qurtaracaqsan?” Bəli, qurtara bilməsək də bu yolda öləcəyik. O qədər yorğunam ki, 3 gündə 7 ədəd enerji içkisi, 9 dənə ağrıkəsici ilə ayaqdayam. Səsim qısıq vəziyyətdə, amma yenə də saat 6-da meydanlardayam. Sadəcə inqilab üçün “.
