
Təyyarə səmada olarkən sərnişinlərə səhər yeməyi paylanıb
Və bundan dərhal sonra təyyarə "hava xəndəyi"nə, turbulentlik zolağına düşüb.
Sərnişinlərin əşyaları ilə yanaşı, onlara paylanmış səhər yeməyi dağılıb, təyyarə az qala zibilxanaya çevrilib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Singapore Airlines aviaşirkətinin SQ308 reysi ilə Sinqapur-London marşrutunda uçan təyyarəsindəki bu olayda 11 sərnşin və bir heyət üzvü yaralanıb.
Təyyarə Londondakı Hitrou beynəlxalq hava limanına enəndən sonra sərnişinlər rahat nəfəs alıblar.



