Medianews.az
Bakıda möhtəşəm 6-zolaqlı yol tikilir - FOTO
178 baxış

Bakıda möhtəşəm 6-zolaqlı yol tikilir - FOTO

Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC-nin mətbuat xidmətindən aldığı məlumata görə, sözügedən avtomobil yolu Bakı şəhərinin Şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Mehdiabad, Novxanı, Saray, Masazır, Xırdalan, Hökməli istiqamətində davam etməklə, Bakı - Şamaxı - Yevlax avtomobil yoluna birləşəcək. 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolun ümumi uzunluğu 42 km təşkil edəcək.

Mərhələli şəkildə davam etdirilən tikinti işləri 0-14, 14-42 km-də həyata keçirilir. Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb, 2 yol qovşağı, bir piyada keçidinin tikintisi başa çatdırılıb. 

Qeyd olunan hissənin 2013-ci ildə istismara verilməsi planlaşdırılır. 

 

milli.az

 

 

 

 

 

 

 

 

 

Bizə qoşulun