Medianews.az
80 min nəfər Marsa köçmək qərarını verdi
163 baxış

80 min nəfər Marsa köçmək qərarını verdi

 

Ömürlük Marsda qalmaq şərtilə seçim turuna başlayan realiti-şouya ərizə verənlərin ardı-arası kəsilmir

Dünyanın müxtəlif ölkələrində yaşayan 80 min adam Marsda ömürlük qalmağa qərar verib. ANS PRESS-in verdiyi xəbərə görə, ömürlük Marsda qalmaq şərtilə seçim turuna başlayan realiti-şouya ərizə verənlərin ardı-arası kəsilmir. 

“Guardian”ın yazdığına görə, bu şou təşkilatçılara 6 milyon dollara başa gələcək.

Bura qatılmaq istəyən hər kəs 75 dollar üzvlük haqqı ödəməlidir. Yalnız bir ölkədən uçuş nəzərdə tutulub. Təşkilatçıların sözlərinə görə, dünyanın 120 ölkəsindən iştirak üçün ərizələr daxil olub. Təkcə ABŞ-dan 17 min insan realiti-şouda iştirak etmək arzusundadır.

Təşkilatçı qismində çıxış edən “Mars One” şirkəti bu rəqəmin 2015-ci ilə kimi yarım milyona çatacağını ehtimal edir. 

Bizə qoşulun