Medianews.az
Putindən Telman İsmayılova zərbə
86 baxış

Putindən Telman İsmayılova zərbə

Moskva hökuməti azərbaycanlı biznesmenə məxsus olan İzmaylovski parkını 25 illik kirayə verməyi nəzərdə tutub 

Rusiyada yaşayan azərbaycanlı biznesmen Telman İsmayılovun Putin hakimiyyətilə 6 ildir davam edən mübarizəsi boşa çıxıb. 

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iş adamının İzmaylovski parkında kirayə götürdüyü 80 milyon dollarlıq ticarət kompleksi qeyri-qanuni tikili kimi tanına bilər.

Moskva hökuməti azərbaycanlı biznesmenə məxsus olan, İzmaylovski parkının daxilindəki “Ruslayna - 2000” açıq-səhmdar cəmiyyətinin 1,2 hektar sahəsini 25 illik kirayə verməyi nəzərdə tutub. 

Qeyd edək ki, Telman İsmayılov sözügedən ticarət kompleksinə görə Rusiya hökumətinə ildə 35 – 45 milyon rubl ödəyirdi.

Bizə qoşulun