Medianews.az
Gülər Əhmədovanın Türkiyədəki adamı həbs olunub
222 baxış

Gülər Əhmədovanın Türkiyədəki adamı həbs olunub

Sevinc Babayevanın ölümüylə bağlı bir nəfər həbs olundu

Türkiyə vətəndaşı Orxan Yilzarın həbsi “kələfin ucu”nu açacaqmı? 

ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı deputatlıq alverində vasitəçi kimi adı hallandırılan Sevinc Babayevanın ölüm işində yeniliklər baş verməkdədir. Bununla bağlı AzNews.az-ın əldə etdiyi məlumatda bildirilir ki, artıq bu müəmmalı ölüm işiylə bağlı Türkiyədə bir nəfər həbs olunub.

Belə ki, Türkiyədə Orxan Yilzar adli birisinin Sevinc Babayevanın ölümüylə bağlı həbs olunması xəbərini almışıq. Həbs olunan Türkiyə vətəndaşının konkret olaraq hansı məqamlara görə ittiham olunduğu hələlik bəlli olmasa da həbsin məhz İstanbulda müəmmalı şəkildə ölən azərbaycanlı xanımla bağlı olduğu şübhə doğurmur.

Sevinc Babayevanın ölüm işini araşdırmaq məqsədilə Türkiyəyə ezam olunan istintaq qrupu hələ də qardaş ölkədədir və istintaq əməliyyatlarını davam etdirir.

Məlumat üçün bildirək ki, Sevinc Babayeva ölümündən öncə İstanbulun Kıraç bölgəsində bir ev kirayələyib. Dekabrın 26-da isə anidən vəziyyəti pisləşən Sevinci binanın mühafizəçiləri xəstəxanaya aparıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Həmin vaxt isə S.Babayevanın üzərində iki müxtəlif pasport və Məryəm Solmaz adlı saxta kimlik olub. 

 

 

Bizə qoşulun