Medianews.az
Sabah yağış yağacaq
141 baxış

Sabah yağış yağacaq

Həftənin ilk iş günü paytaxt Bakıda qeyri-sabit hava şəraiti hökm sürəcək, temperatur enəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacağı gözlənilir. Nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında martın 4-də hava arabir yağıntılı olacaq. Bəzi ərazilərdə sulu qar, dağlıq ərazilərdə isə qar yağacaq.

Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Bizə qoşulun