Medianews.az
2 yeniyetmə faciəvi şəkildə öldü -
72 baxış

2 yeniyetmə faciəvi şəkildə öldü - Qumun altında qaldılar

ABŞ-də14 yaşlı iki oğlan qum karxanasında oynayarkən ölüb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, faciə Florida ştatında baş verib.

Djoedj Uotts və Derrik Habbard dost olub tez-tez evlərinin yaxınlığındakı qum karxanasında oynayırdılar. Yanvarın 11-də onlar yenidən qumda çuxur qazmaq üçün ora gediblər. Derrikin anası oğlanlara yemək hazırlayıb onları gözləyirdi. Lakin oğlanlar gəlmədiyi üçün o, narahat olub. Qadın yoldaşından qumkarxanasına getməsini istəyib.

Kişi karxananın yaxınlığında bir kişi velosipedlər və atılmış ayaqqabılar tapıb. Axtarış nəticə vermədiyi üçün qadın özü da gəlib. Hadisə yerinə gələn  xilasedicilər iİyirmi dəqiqə sonra Djoedj tapıblar. O, suyun altında idi və hələ də sağ idi. Qısa müddət sonra xilasedicilər ölümünə qədər basdırılmış Derriki çıxarıblar.

Djoedj xəstəxanaya aparılıb. Lakin iki gün sonra o, xəstəxana yatağında ölüb.

Medianews.az

Bizə qoşulun