Medianews.az
1998-ci ildə adamlar 2025-ci ili necə təcəvvür edirdilər? -
172 baxış

1998-ci ildə adamlar 2025-ci ili necə təcəvvür edirdilər? - 27 il qabaqkı proqnozlar

1998-ci ildə amerikalılar 2025-ci ili necə təcəvvür edirdilər?

Medianews.az bildirir ki, bu sualın aydın cavabı var. Belə ki, 1998-ci ildə iki nüfuzlu sosioloji qurum – Gellap və "USA Today” sorğu mərkəzləri 1055 amerikalı arasında sorğu keçirib. Sorğu zamanı amerikalıların 2025-ci illə bağlı proqnozları öyrənilib. Sorğunun nəticələri bu gün Kornell Universitetinin arxivində saxlanır.

Amerikalıların 27 il əvvəlki proqnozlarından doğrulanları da var, doğrulmayanları da.

Medianews.az qeyd edir ki, düz çıxan proqnozlar bunlardır:

  • ABŞ-da qaradərili şəxs prezident seçiləcək
  • Eyni cinsli nikahlar qanuniləşəcək və yayılacaq
  • Yeni və təhlükəli xəstəlik ortaya çıxacaq
  • Kosmosa səyahət adi vətəndaşlar üçün kütləvi olmayacaq
  • Yadplanetlilərlə əlaqə qurulmayacaq.

Doğrulmayan proqnozlar:

  • ABŞ-ın qadın prezidenti olacaq (respondentlərin təxminən üçdə ikisi bunu gözləyirmiş)
  • Xərçəngin tam müalicəsi tapılacaq (respondentlərin yarıdan çoxu belə düşünüb)
  • İnsanların 100 il yaşaması adi hala çevriləcək (respondentlərin 61 faizinin gözləntisi belə olub).

1998-ci il sorğusunda respondentlər şəxsi məxfiliyin azalacağı, şəxsi azadlıqların daralacağı, uşaqları düzgün böyütməyin çətinləşəcəyi kimi bədbin, irqlərarası münasibətlərin yaxşılaşacağı, tibbi xidmətin daha əlçatan olacağı kimi nikbin proqnozlar da veriblər.

1998-ci ildə amerikalıların ölkədən məmnunluğu 60 faiz olub. 2025-ci ildə bu rəqəm 24 faizə düşüb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun