Medianews.az
11 yaşlı uşaq “yatmaq vaxtıdır” deyən
66 baxış

11 yaşlı uşaq “yatmaq vaxtıdır” deyən atasını güllələdi

ABŞ-ın Pensilvaniya ştatında 42 yaşlı Duqlas Dits qətlə yetirilib. Polis onun başından tapança ilə vurulduğunu açıqlayıb.

Medianews.az xəbər verir ki, istintaq nəticəsində qətlin ailənin övladlığa götürdüyü 11 yaşlı oğlu C.D tərəfindən törədildiyi müəyyən edilib.

Duqlasın arvadı polisə bildirib ki, o, yüksək səsə oyanıb. Sonra ərini çağırıb. Amma əri cavab verməyib. “Bu vaxt uşaq yataq otağına daxil oldu. O, çox həyəcanlı idi, danışmağa çətinlik çəkirdi. Mən onu sakitləşdirəndən sonra “atamı öldürdüm” dedi”, - qadın istintaqa ifadəsində bildirib.

Polis hadisənin təfərrüatını açıqlayıb. Məlum olub ki, qətl C.D-nin ad günündə baş verib. Duqlas Dits 11 yaşlı oğluna yatmaq vaxtı gəldiyini deyib. Amma uşaq atasının sözlərinə əhəmiyyət verməyərək, oyuna davam edib. Bu vaxt Duqlas oğlunun əlindən Nintendo Switch oyun avadanlığını alıb.

Bundan sonra baş verənləri uşaq danışıb: “Atam yatandan sonra avadanlığı tapmaq üçün evi ələk-vələk elədim. Seyfə baxanda tapança gördüm. Çox əsəbi idim. Həmin tapança ilə yatdığı yerdə atama atəş açdım”.

Məhkəmə uşağın zaminə buraxılması ilə bağlı vəsadəti rədd edib. Növbəti məhkəmə prosesi yanvarın 22-də keçiriləcək.

Bizə qoşulun