103 yaşını qeyd edən amerikalı qadın uzunömürlülüyünün sirrini açıqlayıb.
Medianews.az xəbər verir ki, Rubi Qrinvud 1922-ci ildə ABŞ-nin Vermont ştatında anadan olub.
O, fermada böyüyüb və kiçik yaşlarından işləyib, daha sonra əri ilə birlikdə tikinti materialları şirkəti idarə edib. Yüzillik yubileyini qeyd edən xanım uzunömürlülüyünü zəhmətkeşliyi və pis vərdişlərinin olmaması ilə əlaqələndirir.
Uzunömürlülüyünün əsas sirri barədə soruşulduqda, o, "Mən heç vaxt içki içməmişəm və ya siqaret çəkməmişəm. Bunun yaşımla əlaqəli olub-olmadığını bilmirəm" cavabını verib.
O, həmçinin əsas hobbisini - körpələr üçün papaq toxumağı - "yaşamağa və irəliləməyə" bir yol kimi təsvir edib. Hazır əşyaları 70 ildir üzvü olduğu yerli kilsədəki uşaqlara paylayır. "Kiminsə onları geyinməsinə şadam", - deyə Qrinvud bildirir.
Medianews.az