Keçmiş cütlük Çağla Şıkel və Emre Altuğ yenidən bir araya gələrək nümunəvi addım atıblar.
10 il əvvəl boşanan ikili övladları ilə birlikdə 2026-cı ili qarşılayıblar.
Keçmiş həyat yoldaşlarının uşaqları ilə birlikdə keçirdiyi xoş anlar, sosial şəbəkələrdə paylaşılan fotolar vasitəsilə geniş marağa səbəb olub.
İzləyicilər və sosial media istifadəçiləri, boşanmalarına baxmayaraq uşaqları üçün bir araya gələn məşhur cütlüyün bu davranışını yüksək qiymətləndiriblər.
Çağla Şıkel və Emre Altuğ"un valideynliyi maqazin aləmində "nümunəvi valideynlik" kimi dəyərləndirilib və ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb.
Qeyd edək ki, 2008-ci ildə evlənən və 2015-ci ildə boşanan Çağla Şıkel ilə Emre Altuğ, ayrılıqlarına baxmayaraq övladları üçün hörmətə əsaslanan münasibətlərini qoruyub saxlayırlar.
Cütlüyün bu evlilikdən dünyaya gələn övladları 15 yaşlı Kuzey və 12 yaşlı Uzaydır. Onlar həmişə valideynlərinin həyatında əsas yer tutublar./BAKU.WS


