Medianews.az
Ukraynanın Əməkdar artisti
73 baxış

Ukraynanın Əməkdar artisti vəfat etdi

11 yanvar tarixində tanınmış vokal pedaqoqu, Ukraynanın Əməkdar artisti Rımma Şapovalova vəfat edib.

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev "Instagram" paylaşımında Rımma Şapovalovanın vəfatını "Ukrayna icması üçün son dərəcə kədərli və ağrılı xəbər" adlandırıb. Səfir onun uzun sürən ağır xəstəlikdən vəfat etdiyini bildirib, lakin xəstəliyin detalları açıqlanmayıb.

Qusev qeyd edib: "O, parlaq yaradıcı şəxsiyyət idi, Ukrayna və Azərbaycanın gənc istedadlarına ilham verirdi, Ukrayna mədəniyyətinin və dilinin təbliğində fəal iştirak edirdi, başqalarının problemlərinə biganə qalmırdı və insanları həmişə yüksək qiymətləndirirdi. Bu ağır və əvəzolunmaz itki qarşısında sözsüz bir ağrı hiss edirik. Əbədi xatirə ilə..." (olay)

Bizə qoşulun