ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun əfv olunmayacağını açıqlayıb.
Musavat.com xəbər verir ki, Tramp bu barədə "The New York Times" nəşrinə müsahibəsində danışıb. Jurnalistin Maduronun hansı halda əfv edilə biləcəyi ilə bağlı sualını cavablandıran ABŞ lideri bu ehtimalı qəti şəkildə rədd edib.
“Xeyr. Mən belə bir ssenari görmürəm”, – deyə Tramp bildirib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada gözlənilməz və effektiv xüsusi əməliyyat həyata keçirib, əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores saxlanılaraq ABŞ-yə aparılıblar.
Yanvarın 5-də Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsində ittihamları qəbul etmədiklərini və özlərini təqsirli bilmədiklərini açıqlayıblar.