Gəncədə yanğın olub.
Hadisə şəhərin Dədə Qorqud küçəsində baş verib. Sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində qəfil yanğın başlayıb.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb, bina sakinləri təxliyə edilib.
Yanğın zamanı evin mətbəxi əşyaları ilə birlikdə tamamilə yanıb. Evin digər otaqları yanğından mühafizə edilib. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır./unikal/