İtaliyanın paytaxtı Romada yerləşən məşhur Trevi Fəvvarəsində növbəti qalmaqallı hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, tarixi abidənin hovuzuna tullanan turist polis tərəfindən qısa müddətdə saxlanılıb.
Hadisə təhlükəsizlik kameraları və ətrafdakı şəxslərin mobil telefonları ilə lentə alınıb. Görüntülərdə turistin izdihamın arasından keçərək fəvvarənin hovuzuna tullandığı əks olunub.
Bir neçə saniyə sonra hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsi sudan çıxarıb. Hadisə ətrafdakı turistlər arasında təəccüb və çaşqınlıq yaradıb.
Roma Bələdiyyəsi tərəfindən qorunan tarixi abidəyə qanunsuz daxil olduğuna görə turist 500 avro məbləğində cərimələnib.
Səlahiyyətli qurumlar bildiriblər ki, Trevi Fəvvarəsində bu cür hadisələr vaxtaşırı təkrarlanır. Turistlərə tarixi məkanlarda müəyyən edilmiş qaydalara riayət etmələri ilə bağlı bir daha xəbərdarlıq olunub.
Medianews.az