“Ukraynalılara hansı bayraq altında yaşadıqlarının fərqi yoxdur, əsas odur ki, sülh və əmin-amanlıq olsun”.
Medianews.az xəbər verir ki, bunu Ukrayna Ali Radanın deputatı Anna Skoroxod deyib.
"Ən pisi odur ki, insanlar baş verən hər şeydən o qədər beziblər, neqativliklə o qədər boğulublar, o qədər qəzəbli, o qədər yorğundurlar ki, dünən tamamilə tanımadığım birindən “Ailəm dinc yaşadığı müddətcə, hansı bayrağın altında olmasının fərqi yoxdur" eşitdim, mənim üçün bu, faciədir", - deyə o bildirib.
O, Ukraynadakı hərbi münaqişənin bitməli olduğunu vurğulayıb və buna şübhə edənlərə Ukrayna qəbiristanlıqlarını ziyarət etməyi məsləhət görüb.
Medianews.az