Medianews.az
“Rusiya Paşinyanın məğlub olmasını istəyir, sübutlar var” –
128 baxış

“Rusiya Paşinyanın məğlub olmasını istəyir, sübutlar var” – Marko Rubio

“Rusiya Ermənistanla ABŞ arasında əməkdaşlıqdan o qədər də məmnun deyil”. Medianews.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Konqresdə keçirilən dinləmədə belə deyib.

O bildirib ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan ABŞ ilə münasibətləri gücləndirir: “Rusiya bu səbəbdən onun seçkilərdə məğlub olmasını istəyir və bunu təsdiqləyən sübutlar var”.

ABŞ dövlət katibi qeyd edib ki, Amerika tərəfi heç bir şəkildə Ermənistanın suverenliyinə və digər ölkələrlə münasibətlərinə müdaxilə etmir: “Əksinə, ABŞ sülhdə və qarşılıqlı fayda verən əməkdaşlıqda maraqlıdır”.

Medianews.az

Bizə qoşulun