Müğənni Şəbnəm Tovuzlu doğum günü ilə bağlı maraqlı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, sənətçi bu barədə “Rəngarəng” verilişində danışıb. Şəbnəm bildirib ki, doğum günü münasibətilə təşkil olunan məclisdə ümumilikdə 173 min manat məbləğində pul yığılıb. Onun sözlərinə görə, tədbirin ümumi xərci isə təxminən 60 min manat olub.
Müğənni qeyd edib ki, məclisə qatılan qonaqlar arasında olduqca səxavətli şəxslər də olub. Belə ki, qonaqlardan biri təkcə özü 10 min manat yazdıraraq diqqət çəkib. Şəbnəm Tovuzlu vurğulayıb ki, doğum günü gecəsi yüksək səviyyədə təşkil olunub və hər şey planlaşdırıldığı kimi keçib.
Sənətçi həmçinin bildirib ki, bu cür məclislərdə əsas məqsəd təkcə maddi tərəf deyil, dostların, yaxınların bir araya gəlməsi və xoş ovqatın yaşanmasıdır.
Hətta sənətçi özünə 1 milyon manat dəyərində bağ evi aldığını da açıqlayıb. Onun açıqlamaları sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.